Putin BƏƏ Prezidenti ilə telefon danışığı apardı
Dünya
31.03.2026 20:58
Rusiya Prezidenti Vladimir Putin BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla telefon danışığı aparıb.
TodayPress TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı iki lider Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin davam edən pisləşməsindən narahatlıqlarını ifadə ediblər.
"Telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin davam edən pisləşməsi, mülki əhalinin ölümü, enerji, sənaye və digər mülki infrastrukturun dağıdılması ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər", - deyə bəyanatda vurğulanıb.
Onlar həmçinin regionda hərbi əməliyyatların tez bir zamanda dayandırılmasının vacibliyini qeyd ediblər.
Aysel Mətləb
tag: Rusiya,Putin,BƏƏ,Telefon,TodayPress TV,
