PSJ-nin futbolçusu insan alverində ittiham olunur

Dünya

21.01.2026 19:45

Fransa millisinin 2018-ci il dünya çempionu və PSJ klubunun müdafiəçisi Lukas Hernandez insan alveri və qanunsuz əmək fəaliyyəti ilə məşğul olmaqda ittiham edilir.

TodayPress TV xəbər verir ki, bu barədə "Paris Match" nəşri məlumat yayıb.

Bildirilir ki, ittihamlar futbolçu və həyat yoldaşı Viktoriya Triayaya qarşı Kolumbiyadan olan bir ailə tərəfindən irəli sürülüb. Ailə 2024-cü ilin sentyabrından 2025-ci ilin noyabrına qədər Hernandezin yanında çalışdıqlarını, rəsmi sənədlər olmadan işlədiklərini və həddindən artıq uzun iş saatlarına məruz qaldıqlarını iddia edir.

Zərərçəkənlərin sözlərinə görə, onlara az maaş verilib, leqallaşdırma vədləri yerinə yetirilməyib və onlarla alçaldıcı şəkildə davranılıb.

Lukas Hernandez və həyat yoldaşı ilə bağlı iş Versal prokurorluğuna göndərilib.

Qeyd edək ki, Hernandez Fransa millisinin heyətində 2018-ci il Dünya Kubokunun qalibi olub, 2022-ci ildə gümüş medal qazanıb və 2021-ci ildə Millətlər Liqasını udub.

Türkan İsgəndərli

TodayPress TV

tag: Fransa,PSJ,Klub,DÇ,Todaypress.tv,