Polşalı səfirlər niyə istefa verir? Prezidentin adı hallandı
Polşanın xarici işlər naziri Radoslav Sikorski prezident Karol Navrotskini səfirlərə istefa vermələri üçün təzyiq göstərməkdə ittiham edib.
TodayPress TV xəbər verir ki, Sikorski əvvəlki açıqlamasını düzəldərək səfirlərin istefaya getməsinə və diplomatik missiyalarını dayandırmasına şəxsən prezidentin təkan verdiyini bildirib.
“Düşünürdüm ki, səfirləri istefaya və öz missiyalarını yerinə yetirməkdən imtina etməyə prezident administrasiyasının əməkdaşları sövq edir. Məlum olur ki, bunu şəxsən prezident özü edib”, – deyə nazir vurğulayıb.
Kübra Musayeva