İranla bağlı xəbərlər neftin qiymətinə belə təsir etdi
İranla ABŞ arasında diplomatik razılaşma ehtimalı neftin qiymətinə təsir edib.
TodayPress TV xəbər verir ki, London birjasında Brent markalı neftin qiyməti gün ərzində 7,6% ucuzlaşaraq bir barel üçün 104,8 dollara düşüb. Şimali Amerikanın WTI markalı neftinin qiyməti isə 7,2% azalaraq 96,6 dollar təşkil edib.
“Reuters” agentliyinin məlumatına görə, qiymətlərin kəskin enməsi İran və ABŞ arasında diplomatik irəliləyiş əldə ediləcəyi ilə bağlı gözləntilərlə əlaqədardır.
Qeyd edək ki, oktyabrın sonunda Yaxın Şərqdə münaqişənin yenidən alovlana biləcəyi ilə bağlı narahatlıqlar fonunda Brent markalı neftin qiyməti son altı ayın ən yüksək səviyyəsinə çatmışdı.
Kübra Musayeva