Azərbaycanlı karateçi Avropa birinciliyində gümüş medal qazandı
Azərbaycan idmançısı Yusif Qəhrəmanlı Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən 16-cı WSF Avropa ölkələri üzrə şotokan karate birinciliyində gümüş medal qazanıb.
Azərbaycan Karate Federasiyasından TodayPress TV-yə verilən məlumata görə, o, 15 yaşadək idmançıların mübarizəsində 70 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Yusif Qəhrəmanlı yarışa məşqçiləri Şahin və Rəşid Xudaverdiyevlərin rəhbərliyi altında hazırlaşıb.