Kadırova yenə medal verildi - Bir ayda dördüncü mükafat

Kadırova yenə medal verildi - Bir ayda dördüncü mükafat
02.11.2026 22:04 Dünya

Çeçenistan rəhbəri Ramzan Kadırov növbəti medalla təltif olunub.

TodayPress TV xəbər verir ki, bu dəfə ona Rusiya Təbii Sərvətlər Nazirliyinin “Əməkdaşlığa görə” medalı təqdim edilib. Mükafatı Kadırova Rusiyanın baş nazirinin müavini Dmitri Patruşev verib.

Qeyd edək ki, Kadırov təkcə son bir ay ərzində “Rusiyanın fəxri memarı” və “Fəxri dəmiryolçu” adlarına layiq görülüb. Bundan başqa, ona Rus Pravoslav Kilsəsinin I dərəcəli “Şöhrət və Şərəf” ordeni də təqdim edilib.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər