Oktyabrdan bəri İLK DƏFƏ: Neft ucuzlaşdı
Londonun ICE birjasında 2027-ci ilin yanvar ayında tədarükü nəzərdə tutulan “Brent” markalı neftin fyuçerslərinin qiyməti 2026-cı il oktyabrın 20-dən bəri ilk dəfə bir barel üçün 106 dollardan aşağı düşüb və 6,5%-dən çox ucuzlaşıb.
TodayPress TV xəbər verir ki, bunu ticarət məlumatları göstərir.
Məlumata görə, “Brent” markalı neftin qiyməti 5,97% azalaraq bir barel üçün 106,66 dollar təşkil edib. Əvvəlcə 108 dollardan, daha sonra isə 107 dollardan aşağı düşüb. Daha sonra “Brent” fyuçerslərinin ucuzlaşması sürətlənib və bir barel üçün 105,9 dollara (-6,64%) enib.
Bakı vaxtı ilə saat 17:44-ə olan məlumata görə, “Brent” markalı neftin qiyməti bir barel üçün 105,86 dollar (-6,67%) təşkil edib.
Eyni zamanda, dekabr ayında tədarükü nəzərdə tutulan “WTI” markalı neftin fyuçerslərinin qiyməti 6,72% azalaraq bir barel üçün 97,12 dollara düşüb.
Aysel Mətləb