Hörmüzdə neft tankeri minaya düşdü

Hörmüzdə neft tankeri minaya düşdü
02.11.2026 18:27 Dünya

İran Ordusu Hörmüz boğazının şərqində “qadağan olunmuş ərazidə” neft tankerinin dəniz minasına çarpması nəticəsində alov aldığını bildirib.

TodayPress TV xəbər verir ki, İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi hadisə ilə bağlı yazılı açıqlama yayıb.

Bildirilib ki, tanker hərəkət və identifikasiya sistemlərini söndürüb, daha sonra dəniz minasına çırpılaraq alovlanıb.

Neft tankerlərinin sahiblərinə xəbərdarlıq edilən açıqlamada identifikasiya sistemlərini söndürərək qadağan olunmuş ərazilərdən keçməyə çalışan gəmilərin dəniz minalarına çarpma təhlükəsi ilə üzləşə biləcəyi qeyd olunub.

Digər tərəfdən, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Komandanlığı da ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuperin Hörmüz boğazına səfərindən bu yana 11 neft tankerinin alovlandığını açıqlayıb.

“CENTCOM komandanı Bred Kuperin oktyabrın 25-də Hörmüz boğazına səfərindən bu günədək 9 gün ərzində boğazda 11 neft tankeri alovlanıb. Bu tankerlərdən bəziləri dənizin dərinliklərinə batıb”, - deyə SEPAH tərəfindən yayılan yazılı açıqlamada qeyd olunub.

Aysel Mətləb

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər