Londondan uçan təyyarədə bomba təhlükəsi - Hərbi qırıcılar havaya qaldırıldı

Londondan uçan təyyarədə bomba təhlükəsi - Hərbi qırıcılar havaya qaldırıldı
02.11.2026 18:19 Dünya

Macarıstanın "Wizz Air" aviaşirkətinə məxsus, Londondan Sofiyaya uçuş həyata keçirən təyyarə göyərtədə bomba təhlükəsi barədə məlumat daxil olduqdan sonra Budapeşt hava limanına eniş edib.

TodayPress TV xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

"Bu gün Londonun Luton hava limanından Sofiyaya həyata keçirilən reys uçuş zamanı bomba təhlükəsi barədə məlumat daxil olduqdan sonra Budapeştə yönləndirilib. Təyyarə müəyyən edilmiş protokol və təhlükəsizlik prosedurlarına uyğun olaraq Budapeştdəki Ferens List adına beynəlxalq hava limanına təhlükəsiz şəkildə eniş edib. Bundan sonra o, xüsusi ayrılmış dayanacağa yönəldilib və müvafiq xidmətlər tərəfindən təyyarə və sərnişinlər üzərində zəruri yoxlamalar aparılıb”, – deyə "Wizz Air"dən bildirilib.

“Sky News”un yaydığı məlumata görə, bomba təhlükəsi barədə məlumat daxil olduqdan sonra təyyarəni müşayiət etmək üçün Macarıstan Hərbi Hava Qüvvələrinin qırıcısı havaya qaldırılıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər