“Binance”dən rekord həcmdə vəsait çıxarıldı – Nə baş verir?
“Binance” istifadəçiləri vəsaitlərini kütləvi şəkildə birjadan çıxarıb.
TodayPress TV “Reuters”ə istinadən xəbər verir ki, pul çıxarılması funksiyasının bərpasından sonrakı ilk 9,5 saat ərzində istifadəçilər platformadan 4,6 milyard dollar vəsait çıxarıblar.
Eyni müddətdə müştərilər hesablarına təxminən 1 milyard dollar yatırıb. Nəticədə, “Binance”dən xalis vəsait axını 3,64 milyard dollar təşkil edib. Bu, birjanın ümumi aktivlərinin təxminən 2,1 faizinə bərabərdir.
Xatırladaq ki, haker hücumundan sonra Binance 6,3 milyard dollar dəyərində kriptoaktivin oğurlandığını açıqlayaraq vəsaitlərin çıxarılmasını müvəqqəti dayandırmışdı. Oğurlanan aktivlərin təxminən 3 milyard dolları dondurulub. Şirkət qalan zərəri öz hesabına qarşılayacağını bəyan edib.
Kübra Musayeva