Çindən Körfəz ölkələri üçün yeni təhlükəsizlik arxitekturası

Çindən Körfəz ölkələri üçün yeni təhlükəsizlik arxitekturası
02.11.2026 20:20 Dünya

Çin Xalq Respublikası hökuməti Fars körfəzi ölkələrini regionda yeni təhlükəsizlik arxitekturası formalaşdırmağa çağırır.

TodayPress TV xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ Səudiyyə Ərəbistanının dövlət naziri, milli təhlükəsizlik üzrə müşaviri Müsəid bin Məhəmməd əl-Aybanla görüşündə bəyan edib.

“Çin hesab edir ki, regionun bütün ölkələri qarşılıqlı anlaşmanı dərinləşdirməli, qarşılıqlı etimadı bərpa etməli, münasibətləri yaxşılaşdırmalı, sülh və harmoniya şəraitində yaşamalı, həmçinin məsləhətləşmələr yolu ilə region ölkələrinin xalqlarının uzunmüddətli maraqlarına cavab verəcək yeni regional təhlükəsizlik arxitekturasının yaradılmasına töhfə verməlidir”, – deyə Çin Xarici İşlər Nazirliyinin məlumatında onun sözləri sitat gətirilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər