Qazaxıstana zərər vurmaq istəyənlərə ağır cəza - Tokayev bəyan etdi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəyə öz hərəkətləri ilə zərər vurmağa çalışan şəxslərin məsuliyyətə cəlb ediləcəyini bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Temirtau şəhərində Qarmet şirkətinin kollektivi və həmkarlar ittifaqının üzvləri ilə görüşündə bildirib.
“Xalqın maraqları naminə islahatların uğurla davam etdirilməsi üçün ölkə daxilində sülh və sabitliyə ehtiyacımız var. Ölkəmizə bədbəxtlik arzulayan və öz hərəkətləri ilə Qazaxıstana zərər vurmağa çalışan hər kəs “qanun və qayda” prinsipi əsasında məsuliyyətə cəlb edilməlidir və ediləcək”, – deyə prezident bəyan edib.
Lider, həmçinin millətlərarası və dinlərarası həmrəylik siyasətinə, eləcə də müxtəliflikdə birlik prinsipinə qəti sadiqliyini bəyan edib.
Aysel Mətləb