İranda son dəqiqə qərarı! Xamenei Vaşinqtonla bağlı o əmri verdi

İranda son dəqiqə qərarı! Xamenei Vaşinqtonla bağlı o əmri verdi
02.11.2026 18:08 Dünya

İranın ali lideri Müctəba Xamenei hökumətə münaqişənin sülh yolu ilə tənzimlənməsi məqsədilə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib.

TodayPress TV xəbər verir ki, bu barədə İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bildirib.

“Biz problemin dialoq yolu ilə həlli üçün səylər göstəririk və bu məsələdə ali lider də hökumətə müəyyən səlahiyyətlər verib”, – deyə Pezeşkianın sözlərini onun mətbuat xidməti sitat gətirib.

İran Prezidenti, həmçinin İslam Respublikasına qarşı ABŞ-İsrail təcavüzü nəticəsində yaranmış çağırış və böhranların aradan qaldırılması proseslərində ölkə əhalisinin iştirakının vacibliyini qeyd edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər