Qazaxıstanda hökuməti devirmək istəyənlər saxlanıldı - FOTO

Qazaxıstanda hökuməti devirmək istəyənlər saxlanıldı - FOTO
02.11.2026 19:47 Dünya

Qazaxıstanın qərbində dövlət çevrilişinə cəhdin qarşısı alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə respublikanın Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Qurumun məlumatına görə, Atırauda ümumilikdə 10 nəfər saxlanılıb.

İstintaqın versiyasına görə, onlar ölkənin qərb regionunda konstitusiya quruluşunun əsaslarını zorla dəyişdirməyi planlaşdırıblar. Saxlanılanlar ekstremist qrup yaratmaqda, ona rəhbərlik etməkdə, fəaliyyətində iştirak etməkdə, həmçinin terrorçuluğu təbliğ etməkdə və dini ədavəti qızışdırmaqda şübhəli bilinirlər.

Milli Təhlükəsizlik Komitəsi qeyd edib ki, şübhəlilərin evlərində aparılan axtarışlar zamanı silahlar, ədəbiyyat, dini atributlar, narkotik vasitələr və digər sübutlar götürülüb.

Aysel Mətləb

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər