Polşada insan alveri şəbəkəsi aşkarlandı

Dünya

20.02.2026 17:26

Polşa Sərhəd Xidməti (PSX)  insan alveri ilə əlaqədar səkkiz şübhəlini həbs edib. 

TodayPress TV xəbər verir ki, bu barədə PSX məlumat yayıb.

Məlumata görə, 2024-cü ildən bəri hüquq-mühafizə orqanları Ukrayna və Polşa vətəndaşlarının rəhbərlik etdiyi on iki nəfərlik cinayətkar qrupu araşdırır. Qrup üzvləri Polşada və xaricdə qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə insan alveri və digər cinayətlər törətmişdilər.

Əməliyyat əsasən Latın Amerikası mənşəli qurbanların məcburi əməyə cəlb edilməsini əhatə edib. Cinayətkarlar onları əvvəl öz ölkələrində işə götürüb, daha sonra Polşada işləməyə yönləndiriblər. İstintaq zamanı qrup təxminən 2000 əcnəbini işə götürüb.

Fevral ayında Pomeraniya voyevodalığında aparılan axtarışlar zamanı 3,6 milyon zloti (təxminən 900 min dollara yaxın) dəyərində nağd pul, qızıl, sikkə və zərgərlik əşyaları müsadirə edilib. Həbs olunan səkkiz nəfər 3 ildən 20 ilə qədər həbs cəzası ilə üzləşir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Polşa,İnsan,Alver,Təşkilat,Todaypress.tv,