Polşa Rusiyadan hesabat tələb etdi
Polşa Xarici İşlər Nazirliyi ölkə ərazisinə raket düşməsi ilə əlaqədar Rusiyanın Varşavadakı səfirini nazirliyə çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk məlumat verib.
Baş nazir bildirib ki, ötən gecə Rusiyanın Ukraynaya endirdiyi kütləvi raket zərbəsi zamanı X-101 tipli qanadlı raketlərdən biri Polşanın hava məkanını pozaraq Lyublin şəhərindən 50 kilometr məsafədə yerə düşüb.
"Ötən gecə Ukraynaya qarşı həyata keçirilən kütləvi raket hücumu zamanı X-101 tipli qanadlı raketlərdən biri Polşanın hava məkanını pozdu və Lyublin şəhərindən 50 kilometr aralıya düşdü. Böyük ehtimalla, bu, Rusiya raketi idi", – deyə Donald Tusk bildirib.
Onun sözlərinə görə, baş verən hadisə ilə bağlı Polşa Xarici İşlər Nazirliyi Rusiyanın səfirini izahat verməsi üçün nazirliyə çağırıb.
Qiymət Mahir