Polşa müdafiə naziri: "Varşava nüvə silahına sahib olmağa çalışmır"
Polşa beynəlxalq nüvə silahının yayılmaması öhdəliklərinə əməl edir və onları əldə etmək niyyətində deyil.
TodayPress TV xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış “DPA”ya verdiyi müsahibədə bildirib.
"Polşa bu məsələdə beynəlxalq konvensiyalar üzrə öhdəliklərə malikdir. Bu mövzu geniş müzakirə mövzusu deyil", - deyə o vurğulayıb.
Nazir, həmçinin nüvə sənayesinin Polşa elmi çərçivəsində inkişaf etdirilməli olduğunu qeyd edib. Bundan əlavə, siyasətçi qeyd edib ki, Varşava nüvə silahlarının yerləşdirilməsi təşəbbüsləri ilə bağlı NATO müttəfiqləri ilə əməkdaşlığa hazır olmalıdır.
Aysel Mətləb