Pit Heqset: "Bu gün İrana ən güclü zərbələr endiriləcək"

Dünya

06.04.2026 22:35

ABŞ Prezidenti Donald Trampın göstərişinə əsasən, bu gün əməliyyatların ilk günündən bəri İrana ən güclü zərbələr endiriləcək.

TodayPress TV xəbər verir ki, bu sözləri ABŞ Müharibə katibi Pit Heqset mətbuat konfransı zamanı deyib.

O bildirib ki, bu zərbələr sabah bu gündən daha çox olacaq.

"İranın seçimi var. Ağıllı qərar verin, çünki Prezident oyun oynamır”, - deyə Heqset əlavə edib.

Qeyd edək ki, 2015-ci ildə İran və 5+1 qrupu arasında İranın nüvə proqramı ilə əlaqədar Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə razılıq əldə olunub və BMT Təhlükəsizlik Şurası 2231 saylı qətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiq olunan öncəki 6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədar genişhəcmli sanksiyaların dayandırılması ilə nəticələnib.

TodayPress TV

tag: ABŞ, Tramp, Əməliyyat, İran, Zərbə,Pit Heqset,todaypress.tv,