Pezeşkiandan dövlət televiziyasına sərt mesaj: Hökuməti hədəfə çevirməyin
İran Pezidenti Məsud Pezeşkian hökumətin İqtisadi Koordinasiya Şurasının iclasında çıxış edərək İranın dövlət televiziyasını tənqid edib və milli medianın hökumətin fəaliyyətini birtərəfli və sənədsiz təhlillərlə nüfuzdan salmamalı olduğunu bildirib.
TodayPress TV bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Pezeşkian çıxışında dəniz blokadasının İran iqtisadiyyatına təsir göstərdiyini etiraf edib. O qeyd edib ki, müharibə, sanksiyalar, ticarət məhdudiyyətləri və dəniz blokadası kimi amillərə baxmayaraq, baş verən qiymət dalğalanmalarını yalnız hökumətin fəaliyyəti ilə əlaqələndirmək doğru deyil.
Prezidentin sözlərinə görə, bəzi təhlillərdə ölkədəki bütün problemlərin yalnız hökumətin fəaliyyətindən qaynaqlandığı təsəvvürü yaradılır, halbuki mövcud vəziyyətə təsir edən müxtəlif xarici amillər də mövcuddur.