Pezeşkian: "Dövlət öz səhvlərini qəbul etməlidir"

Dünya

21.01.2026 21:40

İran Prezidenti Məsud Pezeşkian hakimiyyət orqanlarının ölkəni idarə etməkdə səhv etdiklərini qəbul etməli olduqlarını bildirib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

"Biz qəbul etməliyik ki, işləri idarə etməkdə səhvlərə yol vermişik. Əgər öz səhvlərimizin fərqinə varmasaq və onları düzəltməyə çalışmasaq, yalnız başqalarını günahlandırsaq, heç bir şeyə nail ola bilməyəcəyik.

Dövlət orqanları yoxsul təbəqənin tələblərinə və problemlərinə laqeyd qalsa, ictimai narazılıq artacaq. Bütün qurumlar və idarəetmə orqanları həssas qrupların tələblərinə və problemlərinə məhəl qoymadıqda, cəmiyyətin zorakılığa, laqeydliyə, ölkədən və dövlətdən uzaqlaşmağa doğru irəliləməməsini gözləyə bilmərik", - Pezeşkian deyib.

TodayPress TV

tag: İran,Məsud Pezeşkian,Hakimiyyət, idarəetmə, todaypress.tv,