Peskov: "Zelenski Moskvanın dəvətini cavabsız qoydu"

Dünya

29.01.2026 17:50

Ukrayna Prezidenti Volodimir Zelenski Moskvaya danışıqlar üçün təkrar dəvətə cavab verməyib.

TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Vladimir Putinin BƏƏ-də Zelenski ilə görüşüb-görüşməyəcəyi barədə sualına Peskov belə cavab verib: "Hələlik Moskvadan danışırıq. Hər hansı fərziyyə yersizdir".

Qeyd edək ki, yanvarın 28-də Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, əgər Zelenski Moskvaya səfər edərsə, ona təhlükəsizlik və bütün lazımi iş şəraiti təmin olunacaq.

Xatırladaq  ki, Putin ilk dəfə ötən il Ukrayna lideri ilə Rusiyanın paytaxtında görüşməyi təklif etmişdi, lakin Zelenski bu təklifə cavab olaraq Rusiya görüşə hazır deyil demişdi.

Jalə Rövşən 

TodayPress TV

tag: Volodimir Zelenski, Moskva,Dəvət ,Dimitri Peskov ,Todaypress.tv,