Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var
Peruda Naska səhrasının geoqlifləri üzərində ekskursiya uçuşu həyata keçirən təyyarə qəzaya uğrayıb və nəticədə 13 nəfər həlak olub.
TodayPress TV xəbər verir ki, "Aerodiana" aviaşirkətinin təyyarəsi Pueblo-Vyexo rayonunda qəzaya uğrayıb.
Hava gəmisi Pisko şəhərindən havaya qalxıb və Naska geoqlifləri üzərində ekskursiya uçuşu həyata keçirməli idi.
Aviaqəzanın səbəbləri araşdırılır.