Pentaqonda "təmizlik" başladı: Yüksək vəzifəli şəxs işdən çıxarıldı

Dünya

24.04.2026 11:45

ABŞ-də Müdafiə naziri Pit Heqset Hərbi Dəniz Qüvvələrinin katibi Con Felan vəzifəsindən uzaqlaşdırıb.

TodayPress TV  xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. 

Pentaqonun baş sözçüsü Şon Parnell bildirib ki, Felan administrasiyadan istefa verib, lakin qərarın səbəbləri açıqlanmayıb.

Məlumata görə, Felan ilə Heqseth arasında fikir ayrılıqları olub. Mənbələr iddia edir ki, Felan bəzi hallarda komandanlıq zəncirini aşaraq birbaşa Donald Tramp ilə əlaqə saxlayıb ki, bu da narazılıq yaradıb.

Onun vəzifəsini müvəqqəti olaraq Hərbi Dəniz Qüvvələri katibinin müavini Hunq Kao icra edəcək.

Qeyd edək ki, bu qərar son dövrlərdə ABŞ-də yüksək rütbəli hərbi vəzifəlilərin vəzifədən uzaqlaşdırılması hallarının artdığı bir vaxta təsadüf edir.

Jalə Rövşən 

TodayPress TV 

tag: ABŞ,Pit Heqset, Con Felan ,Şon Parnell ,Todaypress.tv,