Pentaqon yaxınlığında iki avtobus toqquşdu- 23 nəfər xəsarət aldı

Pentaqon yaxınlığında iki avtobus toqquşdu- 23 nəfər xəsarət aldı
25.04.2026 03:45 Dünya
ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Pentaqon binasının yaxınlığında iki avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azı 23 nəfər xəsarət alıb.

TodayPress TV bu barədə "Fox News"a istinadən xəbər verir.

Məlumata görə, xəsarət alanlardan azı 10-u Amerika müdafiə idarəsinin əməkdaşıdır.

Təcili yardım briqadaları 18 nəfəri tibb müəssisələrinə çatdırıb, daha beş nəfər isə lazımi tibbi yardımı birbaşa qəza yerində alıb.

Pentaqonun hüquq-mühafizə orqanları hadisə faktını təsdiqləyib və idarənin yaxınlığında yerləşən nəqliyyat qovşağının və metro stansiyasının tamamilə bağlandığını elan edib.

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər