Pentaqon NATO büdcəsini artırır: 1,4 milyard dollar ayrılacaq

Dünya

22.04.2026 08:35

ABŞ administrasiyası 2027-ci maliyyə ilində NATO büdcəsinə, eləcə də ABŞ qoşunlarının Avropada istifadə etdiyi infrastrukturun dəstəklənməsinə təxminən 1,4 milyard dollar ayırmağı planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat ABŞ Müdafiə Nazirliyinin növbəti maliyyə ili üçün açıqlanmış büdcə layihəsinə əlavə edilən arayış sənədlərində yer alıb.

"2027-ci maliyyə ili üçün büdcə, NATO-nun hərbi büdcəsi ilə bağlı ümumi maliyyələşdirmə tələbləri çərçivəsində 756,7 milyon dollar məbləğində vəsaiti əhatə edir", - deyə Pentaqon bildirib.

Qurumun qeyd etdiyinə görə, söhbət 2026-cı maliyyə ilinin büdcəsi ilə müqayisədə 96,1 milyon dollarlıq artımdan gedir.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,NATO,Büdcə,Maliyyə,TodayPress TV,