Azərbaycanın U-19 millisi yoldaşlıq oyununda Moldovaya uduzdu

Azərbaycanın U-19 millisi yoldaşlıq oyununda Moldovaya uduzdu
14.09.2026 20:14 İdman

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi yoldaşlıq oyununda Moldova yığması ilə qarşılaşıb.

TodayPress TV xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

"Dalğa Arena"nın ehtiyat meydançasında keçirilən qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.

Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (5:4) rəqib komanda qələbə qazanıb.

Azərbaycan komandasının qollarını 73-cü dəqiqədə Ayşən Salamzadə və 90+1-ci dəqiqədə Xədicə Əlizadə vurublar.

Qeyd edək ki, komandalar arasında növbəti yoldaşlıq oyunu sentyabrın 16-da, saat 10:00-da "Dalğa Arena"nın ehtiyat meydançasında keçiriləcək.

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər