Paşinyanın işığı söndü - VİDEO
Dünya
22.05.2026 10:23
Ermənistanda hökumət iclası zamanı maraqlı anlar yaşanıb. Belə ki, Baş naziri Nikol Paşinyan hökumət iclasında çıxış edərkən zalda işıqlar tamamilə sönüb.
TodayPress TV xəbər verir ki, hadisənin görüntüləri qısa zamanda sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.
Çünki bu, Paşinyanın başına gələn ikinci eyni hadisədir. Həmin vaxt Paşinyan çaşqınlıq nümayiş etdirmişdi. Əvvəlki hadisədən fərqli olaraq, bu dəfə onun daha sakit davrandığı müşahidə edilib.
Çıxış zamanı zal tam qaranlığa qərq olub. Bir neçə saniyə sonra işıqlar yenidən yanıb.
Hadisədən sonra Paşinyan Ərazi İdarəetmə və İnfrastruktur naziri Qnel Sanosyanı sərt tənqid edib. O, ölkədə elektrik enerjisi təchizatının keyfiyyətsiz olduğunu vurğulayaraq, “Mən elə bu barədə danışırdım. Hətta dövlət binalarında belə işıqlar tez-tez sönür”, – deyə bildirib.
Türkan İsgəndərli
tag: Paşinyan,Ermənistan,İşıq,
