Paşinyanın ABŞ qırıcılarına İrəvana eniş icazəsi verməsi xəbəri - Tramp qalmaqal yaratdı
ABŞ Prezidenti Donald Tramp sosial mediada Ermənistanın Baş naziri Nikol Paşinyanı “çox ağıllı və güclü lider” adlandıraraq, onun ABŞ hərbi təyyarələrinin Ermənistan hava limanlarından istifadəsinə razılıq verdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, o, bunu "Truth Social"da paylaşıb.
Paylaşım yayılandan qısa müddət sonra silinib. Bu addım bölgədə böyük rezonans doğurub və ciddi suallar yaradıb. Ağ Ev rəhbərinin paylaşımı və onun dərhal silinməsi Ermənistanda ciddi narahatlıq və müzakirələrə səbəb olub.
Xüsusilə İranla münasibətlərin daha da gərginləşəcəyi ehtimalı regionda yeni gərginlik mənbəyi kimi qiymətləndirilir.
Türkan İsgəndərli