Paşinyandan etiraf: "Ermənistan buna hazır deyil"

Paşinyandan etiraf: "Ermənistan buna hazır deyil"
07.06.2026 13:50 Dünya

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin hələlik Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı namizəd statusu almağa hazır olmadığını etiraf edib.

TodayPress TV  "TASS" agentliyinə istinadən xəbər verir ki, o, bu barədə brifinqdə bildirib.

"Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq barədə referendum o zaman keçiriləcək ki, bunun üçün hədəf olsun. Bunun üçün isə Ermənistan azı Aİ-yə üzvlüklə bağlı rəsmi müraciət etməli və ya Aİ-yə üzvlüyə namizəd statusuna malik olmalıdır, hazırda isə bunların heç biri yoxdur, çünki biz obyektiv olaraq hazırkı məqamda buna hazır deyilik. Biz bilirik ki, bu statusa hazır deyilik, islahatlar aparmalıyıq", - deyə o qeyd edib.

Bununla belə, Ermənistanın baş naziri İrəvanın islahatları mümkün qədər tez həyata keçirməyə çalışacağını göstərib.

Paşinyan, həmçinin bəyan edib ki, Ermənistanı Aİİ-yə üzvlükdən məhrum edə bilməzlər. "Aİİ bütün qərarları konsensus əsasında qəbul edir və buna görə də Ermənistanın veto hüququ var", - deyə o vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər