Paşinyan: "Bu tarixdə Bakıya gələcəyəm"
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Moskva, Vaşinqton və Brüsselə səfər etmək niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə baş nazir seçki məntəqəsindən çıxdıqdan sonra jurnalistlərə açıqlamasında danışıb.
O vurğulayıb ki, Ermənistan beynəlxalq əlaqələrini hərtərəfli şəkildə inkişaf etdirməyə davam edir.
Paşinyan, həmçinin Avropa Siyasi Birliyinin Bakıda keçiriləcək sammitində iştirak etməyi arzuladığını bildirib.
"Ümid edirəm ki, həmin sammitdə iştirak etmək imkanım olacaq", – deyə Ermənistanın baş naziri əlavə edib.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin sammiti 2028-ci ildə Bakıda keçiriləcək
Xanım Musayeva