Paşinyan: “Siyasi münaqişə bitib, amma insanların düşüncəsində davam edir”
Dünya
04.11.2025 12:00
Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycanla münaqişə siyasi baxımdan başa çatsa da, ictimai və psixoloji səviyyədə hələ də davam edir.
TodayPress TV xəbər verir ki, o, bu fikirləri İrəvanda keçirilən “Orbeli: sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” adlı beynəlxalq forumda səsləndirib.
Paşinyanın sözlərinə görə, iki ölkə arasında faktiki olaraq sülh mövcuddur, lakin əsas çətinlik diplomatik məsələlərdə deyil, yeni reallığı dərk etməkdədir.
“Mən sülhdən danışanda bu, bir çoxlarına qəribə və yad gəlir. Sülh anlayışı həm Ermənistan, həm də Azərbaycan üçün yeni mühitdir. Cəmiyyətin psixoloji baxışını bir qərarla dəyişmək mümkün deyil”, - deyə Paşinyan bildirib.
O həmçinin Qarabağdan olan ermənilərin geri qayıtması məsələsini “sülh üçün risk” adlandırıb.
Aysel Mətləb
tag: Ermənistan,Paşinyan,Azərbaycan,Sülh,Todaypress.tv,
