Paşinyan: “Mən həm baş nazir, həm də Kilsənin davamçısıyam”
Dünya
08.01.2026 15:24
“Mən həm Erməni Apostol Kilsəsinin davamçısı kimi danışıram, eyni zamanda Ermənistanın baş naziri kimi də danışıram”.
TodayPress TV "News.am"ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 8-də jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Erməni Apostol Kilsəsində “islahatlar”la bağlı Koordinasiya Şurasının yaradılması barədə bəyanatı yalnız baş nazir kimi deyil, eyni zamanda Ermənistan vətəndaşı kimi səsləndirib.
Paşinyan bildirib ki, əks halda görüşün niyə baş nazirin iqamətgahında keçirildiyi sual altına alınardı: “Əgər mən bunu baş nazir kimi yox, sadəcə vətəndaş kimi etsəydim, deyərdilər ki, niyə görüşü İcevandakı evimdə yox, baş nazirin iqamətgahında keçirmişəm?”
Nikol Paşinyan vurğulayıb ki, onun hər iki statusu mövcuddur: “Mən baş nazirəm, amma Ermənistan vətəndaşı deyiləm? Mən Ermənistan vətəndaşıyam və Erməni Apostol Kilsəsinin davamçısıyam”.
Paşinyan əlavə edib ki, kilsə daxilində baş verən proseslərdə özünü məsul tərəf hesab edir, ruhanilərin isə bu məsələlərə yepiskop statusu ilə yanaşdıqlarını bildirib.
Jalə Rövşən
tag: Nikol Paşinyan ,Ermənistan ,Baş nazir ,Kilsə ,Todaypress.tv,
