Paşinyan KTMT ilə bağlı mövqeyinin dəyişmədiyini açıqladı
Dünya
08.01.2026 15:07
Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı mövqeyinin dəyişmədiyini bildirib.
TodayPress TV "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Paşinyan bunu hökumət iclasından sonra keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bu mövzu ilə bağlı əvvəl səsləndirdiyi bütün fikirlər qüvvədə qalır. O, Ermənistanın KTMT-də iştirakını dondurduğunu və təşkilatın orqanlarının işində iştirak etmədiyini xatırladıb, aktiv iştiraka qayıdışın getdikcə çətinləşdiyini qeyd edib.
Rusiya tərəfi isə Ermənistanın hüquqi baxımdan KTMT-nin tamhüquqlu üzvü olaraq qaldığını bildirir. Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın təşkilatdan çıxması ilə bağlı müzakirələrin hüquqi əsasının olmadığını vurğulayıb.
Rusiya rəsmiləri Ermənistanın KTMT-dəki iştirakının dondurulmasını Qərb təzyiqi ilə əlaqələndirir. Rusiya Prezidenti Vladimir Putin də Ermənistanın mövqeyinin onun suveren seçimi olduğunu bildirib və İrəvanın formal olaraq KTMT üzvü olaraq qaldığını qeyd edib.
Jalə Rövşən
tag: Nikol Paşinyan ,KTMT,Rusiya ,Vladimir Putin ,Todaypress.tv,
