Paşinyan: "Bu məhsulları Aİ-yə rüsumsuz ixrac ediləcək"

Paşinyan: "Bu məhsulları Aİ-yə rüsumsuz ixrac ediləcək"
07.06.2026 18:00 Dünya

"Ermənistandan olan kənd təsərrüfatı məhsulları Avropa İttifaqına (Aİ) gömrük rüsumu olmadan ixrac ediləcək".

TodayPress TV "Armenpress" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan brifinqdə jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

"Aİ yeni ixrac istiqamətinə çevrilib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen mənimlə telefon danışığında çox mühüm bir məlumatı çatdırdı: ölkəmizin kənd təsərrüfatı məhsulları Aİ-yə gömrük rüsumları ödənilmədən ixrac olunacaq", - deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, daha əvvəl Rusiya tərəfi Ermənistandan mineral su, balıq, spirtli içkilər, həmçinin meyvə-tərəvəz və s. məhsulların ölkəyə idxalını məhdudlaşdırıb.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər