Paşinyan: "ATƏT-in Minsk qrupu heç vaxt faydalı olmadı"

Paşinyan: "ATƏT-in Minsk qrupu heç vaxt faydalı olmadı"
10.09.2025 21:10 Dünya

"ATƏT-in Minsk qrupunun fəaliyyəti Qarabağ münaqişəsinin dərinləşməsinə xidmət edib"

TodayPress TV Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Əslində söhbət Ermənistanın özündən gedirdi. Çünki bu məsələ Ermənistanın ərazi bütövlüyünün parçalanmasına, suverenlik və müstəqilliyin itirilməsinə gətirib çıxaracaqdı. Minsk qrupundakı bütün danışıqlar da bunun üzərində qurulmuşdu. Bizim asılılıqlarımızın ikiqat, üçqat, onqat artırılması üçün”, - Baş nazir vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər