Pakistanda güclü partlayış baş verdi

Pakistanda güclü  partlayış baş verdi
19.02.2026 15:03 Dünya

Pakistanın Kəraçi şəhərində yaşayış binasında partlayış baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Pakistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində qadın və uşaqlar da daxil olmaqla 16 nəfər həlak olub, 14 nəfər isə yaralanıb. Binanın bir hissəsi dağılıb.

Partlayışın baş verdiyi əraziyə çoxlu sayda xilasetmə qrupu cəlb edilib. Xilasedicilər dağıntılar altında qalanları çıxarmağa çalışırlar.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər