Pakistan və Türkiyə XİN rəhbərləri telefon danışığı apardı

Pakistan və Türkiyə XİN rəhbərləri telefon danışığı apardı
25.04.2026 16:20 Dünya

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

M.İshaq Dar həmkarı ilə Pakistanın həyata keçirdiyi cari diplomatik səylərlə bağlı yenilikləri bölüşüb.

Nazir qeyd edib ki, dialoq və diplomatiya vasitəsilə davamlı təmasların saxlanılması həm regionda, həm də ondan kənarda sülh və sabitliyin təşviqi üçün yeganə səmərəli yoldur.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər