Pakistan və Əfqanıstan atəşkəs barədə razılığa gəldilər

Pakistan və Əfqanıstan atəşkəs barədə razılığa gəldilər
19.10.2025 10:25 Dünya

Pakistan və Əfqanıstan Dohada keçirilən danışıqlarda dərhal atəşkəs barədə razılığa gəliblər.

TodayPress TV xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda bildirilir ki, tərəflər həmçinin iki ölkə arasında davamlı sülh və sabitlik üçün mexanizmlər yaratmaq barədə də razılaşıblar.

Hər iki ölkə yaxın günlərdə atəşkəsin davamlılığını təmin etmək və onun yerinə yetirilməsini izləmək üçün görüşlər keçirəcək.

Qeyd edək ki, oktyabrın 15-də tərəflər 48 saatlıq atəşkəs sazişi imzalamışdılar.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər