Pakistan Səudiyyə Ərəbistanına 40 minədək hərbçi göndərdi
Pakistan Səudiyyə Ərəbistanının quru sərhədlərinin mühafizəsi və dron-raket hücumlarının qarşısının alınması məqsədilə bu ölkəyə 30-40 min hərbçi göndərib.
TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, pakistanlı hərbçilər ötən ildən etibarən bir neçə qrup şəklində Səudiyyə Ərəbistanına yerləşdirilib.
Onların bir hissəsinin son eskalasiyadan sonra ölkəyə göndərildiyi bildirilir.
Bununla belə, İslamabadın Yəmənə döyüş əməliyyatlarında iştirak etmək üçün qoşun göndərmək barədə qərar qəbul etmədiyi qeyd olunur.