Şimal dəniz yolunda tarixi rekord: Reyslərin sayı dörd dəfə artdı

Şimal dəniz yolunda tarixi rekord: Reyslərin sayı dörd dəfə artdı
03.10.2026 18:32 Dünya

Sentyabr ayında Şimal dəniz yolu ilə həyata keçirilən reyslərin sayı 133-ə çataraq rekord göstərici qeydə alıb ki, bu da 2022-ci ilin sentyabr göstəricisindən dörd dəfə çoxdur.

TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" (FT) qəzeti "Lloyd's List Intelligence" analitik şirkətinə istinadən məlumat yayıb.

Məlumata görə, 2026-cı ilin avqust ayı ilə müqayisədə də 46%-lik artım qeydə alınıb. Məqalədə bildirilir ki, reyslərin demək olar ki, yarısı Rusiya bayrağı altında üzən gəmilərin payına düşüb. Həmçinin bu marşrutdan Yaxın Şərq və Qırmızı dənizdəki münaqişə zonalarından yan keçərək Avropa bazarlarına çıxan Çin gəmiləri də istifadə edib.

Qeyd edək ki, Şimal dəniz yolu ölkənin şimal sahilləri boyunca Şimal Buzlu Okeanının dənizləri ilə uzanan, Avropa və Uzaq Şərq limanlarını birləşdirən Rusiyanın milli nəqliyyat magistralıdır. Bu marşrut Avropadan Uzaq Şərqə gedən digər yollardan demək olar ki, iki dəfə qısadır, buzqıran gəmilərin köməyi ilə naviqasiya isə ilboyu həyata keçirilə bilər.

Aysel Mətləb

XƏBƏR LENTİ
03 OKTYABR 2026
Bütün Xəbərlər