Şimali Koreya Yapon dənizinə doğru orta mənzilli raketlərin buraxılışını təsdiqlədi
Şimali Koreya strateji orta mənzilli raketlərin buraxılışı üzrə hərbi təlim keçirib.
TodayPress TV xəbər verir ki, "KCNA"nın məlumatına görə, təlim oktyabrın 3-də səhər saatlarında keçirilib.
Raketlər Yapon dənizi istiqamətində buraxılıb. Şimali Koreya lideri Kim Çen In təlimləri şəxsən izləyib.
Bundan əvvəl Cənubi Koreyanın “Renhap” agentliyi Şimali Koreyanın Yapon dənizi istiqamətində raket buraxdığını bildirmişdi.
Qeyd edək ki, sentyabrın 20-də Şimali Koreya Vonsan bölgəsindən qısa mənzilli ballistik raket buraxıb. Raketin təxminən 450 kilometr məsafə qət etdiyi açıqlanmışdı.
Cənubi Koreya Müdafiə Nazirliyi Şimali Koreyanın hərbi fəaliyyətini yaxından izlədiyini və ABŞ-la birgə müdafiə çərçivəsində mümkün təxribatlara cavab verməyə hazır olduğunu bildirib.
Türkan İsgəndərli