Pakistan Ordusunun baş komandanı İrana səfər etdi
Pakistan Ordusunun baş komandanı Asim Munir İrana səfər edib.
TodayPress TV xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat yayıb.
Tehran hava limanında Asim Muniri Abbas Əraqçi qarşılayıb.
Səfər çərçivəsində regional məsələlərin müzakirəsi və ABŞ ilə dialoq üçün İslamabad danışıqlarının ikinci mərhələsi barədə fikir mübadiləsinin aparılması gözlənilir.