Pakistan nümayəndələri 24 saat ərzində Tehranda olacaq: Trampın İrana təklif etdiyi "yaxşı saziş" nədir?

Dünya

21.05.2026 20:05

Pakistan nümayəndələri ABŞ və İsrailin İranla münaqişəsinin başa çatdırılması səylərinə kömək etmək məqsədilə 24 saat ərzində Tehrana gələcəklər.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-nin dövlət katibi Marko Rubio məlumat verib.

"Düşünürəm ki, biz müəyyən irəliləyişə nail olmuşuq. Bir neçə səfər baş tutacaq. Güman edirəm ki, pakistanlılar bu gün Tehrana yola düşəcəklər. Ümid edirəm ki, bu, irəliyə doğru addım atmağa imkan verəcək", - deyə o əlavə edib.

Rubio Prezident Donald Trampın yaxşı bir saziş bağlamağa üstünlük verdiyini vurğulayıb:

"O (Tramp - red.), həmişə məhz buna üstünlük verib. Əgər buna nail olunsa, əla olar. Bunun mütləq baş tutacağını deyə bilmərəm. Lakin qeyd edim ki, bunun mümkün olub-olmadığını anlamaq üçün əlimizdən gələni edəcəyik".

M. Rubio həmçinin xəbərdarlıq edərək vurğulayıb ki, əgər yaxşı saziş bağlanmasa, Trampın başqa variantları da var:

"Bu variantların nədən ibarət olduğunu deməyəcəm, lakin bunu hamı bilir".

Aysel Mətləb

TodayPress TV

tag: Tramp,Rubio,Pakistan,İran,TodayPress TV,