Pakistan naziri bir həftədə ikinci dəfə Tehranda: Rəsmilər nəyi müzakirə etdi?
Bir həftə ərzində ikinci dəfə Tehrana səfər edən Pakistanın daxili işlər naziri Möhsün Nəqəvi bu gün İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüş keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə "ISNA" agentliyi məlumat yayıb.
Bildirilib ki, Nəqəvi Tehranda baş tutan görüşdə ikitərəfli münasibətlər və regional əməkdaşlıq məsələləri ətrafında danışıqlar aparıb.
Qeyd edək ki, Pakistan rəsmisi son günlərdə ikinci dəfə İran paytaxtına səfər edərək yüksək səviyyəli diplomatik təmasları davam etdirib.
Aysel Mətləb