Pakistan Əfqanıstandakı TTP-ni terrorçu elan etməyi tələb edir
Dünya
06.04.2026 17:29
Pakistan Əfqanıstandan öz ərazisində fəaliyyət göstərən radikal qrup Təhriki Taliban Pakistanı (TTP) terrorçu elan etməsini, infrastrukturunu sökməsini və bununla bağlı təsdiqlənə bilən məlumat təqdim etməsini tələb edib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti məlumat yayıb.
Bu tələb Əfqanıstan və Pakistan rəsmiləri arasında sərhəd münaqişəsinin həlli üçün Urumçi şəhərində keçirilən danışıqlarda əsas yer tutur. Mənbələr bildirir ki, görüşlər Pakistanın Əfqanıstanla sərhəd atəşkəs sazişini imzalamaq və sərhədyanı ticarətin təhlükəsizliyini təmin etmək üçün yol xəritəsini nəzərdən keçirməyə yönəlib, daha geniş siyasi əlaqələr müzakirə olunmur.
Fevralın 26-sı axşamı Pakistan-Əfqanıstan sərhədində döyüşlər yenidən başladı. Kabil Pakistanın hava hücumlarına cavab olaraq hərbi əməliyyat keçirdiyini açıqladı. Pakistanın müdafiə naziri Xavaca Asif ölkəsinin Əfqanıstandakı "Taliban" hökuməti ilə açıq silahlı münaqişədə olduğunu bildirib.
Türkan İsgəndərli
tag: Pakistan,Əfqanıstan,Taliban,Terrorçu,Todaypress.tv,
