Pakistan danışıqlarda iştirakla bağlı İranın rəsmi cavabını gözləyir

Pakistan danışıqlarda iştirakla bağlı İranın rəsmi cavabını gözləyir
21.04.2026 20:02 Dünya

Pakistan hələlik İrandan ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etmək üçün nümayəndə heyəti göndərib-göndərməyəcəyi ilə bağlı rəsmi cavab almayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Ataullah Tarar “X” sosial şəbəkəsində yazıb.

"İran tərəfinin nümayəndə heyətinin İslamabadda keçiriləcək sülh danışıqlarında iştirakı ilə bağlı rəsmi cavabı hələ də gözlənilir", - deyə o bildirib.

Nazir müharibə edən tərəflər arasında iki həftəlik atəşkəsin bağlanmasına bir neçə saat qaldığı üçün qərarın "kritik" olduğunu vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər