Özbəkistanda muzeylərdən yüzlərlə eksponat hara yoxa çıxdı?
Özbəkistanda dövlət muzeylərində aparılan inventarizasiya zamanı yüzlərlə eksponatın itkin düşdüyü müəyyən edilib.
TodayPress TV xəbər verir ki, məlumata görə, Dövlət “Kokand” Muzey-Qoruğu və onun filiallarında təxminən 500 eksponat, Sırdərya vilayətinin Dövlət Tarix və Mədəniyyət Muzeyində isə 16 eksponatın çatışmadığı aşkarlanıb.
Aşkar edilmiş faktlarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.