Oman XİN: “İran və ABŞ arasında danışıqlar çox ciddi olub”

Dünya

06.02.2026 21:15

Omanın xarici işlər naziri Bədr əl-Busaidi İran və ABŞ nümayəndə heyətləri arasında Maskatda keçirilən məsləhətləşmələri “çox ciddi” adlandırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb. 

“Bu gün Maskatda bizim vasitəçiliyimizlə İran və ABŞ arasında çox ciddi danışıqlar baş tutub. Məsləhətləşmələr faydalı olub və həm İranın, həm də ABŞ-nin mövqelərinin daha aydın şəkildə ortaya çıxmasına imkan verib”, - deyə nazir bildirib. 

O qeyd edib ki, danışıqlar mümkün irəliləyiş sahələrinin müəyyənləşdirilməsinə də şərait yaradıb. Həmçinin tərəflər danışıqlar prosesini davam etdirmək niyyətindədir. 

Nazirin sözlərinə görə, növbəti görüş münasib vaxtda keçiriləcək və əldə olunan nəticələr həm Tehranda, həm də Vaşinqtonda diqqətlə nəzərdən keçiriləcək. 

Aysel Mətləb

TodayPress TV

tag: Oman,ABŞ,İran,Danışıq,Todaypress.tv,