Odessada Puşkin abidəsinin Tramp büstü ilə əvəz olunması üçün petisiya hazırlanıb.
TodayPress TV "Tass"a istinadən xəbər verir ki, 8 yanvarda qeydiyyatdan keçən təşəbbüs indiyə qədər yalnız beş imza toplayıb.
Petisiya şəhərin “Sosial cəhətdən fəal vətəndaş” saytında yerləşdirilib və yerli hakimiyyətin nəzərdən keçirməsi üçün üç ay ərzində 1000 imza toplaması tələb olunur.
Ərizə müəllifi Puşkin büstünün sökülüb muzeyə köçürülməsini və Tramp büstünün Odessanın mərkəzində qoyulmasını təklif edib, bunu “müasir bədii ifadə və ictimai müzakirə üçün fürsət” hesab edir.
Qeyd olunur ki, abidə artıq kontrplakla örtülüb və regional administrasiya rəhbərinin əmri ilə ictimaiyyətin diqqətindən uzaqda saxlanılır.
Jalə Rövşən
