Növbəti super Ayın tarixi açıqlandı

Dünya

01.12.2025 19:30

2025-ci ilin üçüncü super Ayı dekabrın 4-dən 5-nə keçən gecə müşahidə olunacaq.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Ural Federal Universitetinin Akademik Astronomiya Rəsədxanasının mühəndisi Vladilen Sanakoyev məlumat verib.

Məlumata görə, həmin gecə Ay üfüqün ən yüksək nöqtəsinə qalxacaq və Yerdən məsafə 360 min km-dən az olacaq.

Mütəxəssis həmçinin qeyd edib ki, dekabrın 14-nə keçən gecə ilin ikinci ən güclü meteor yağışı – Əkizlər – saatda 100-150 meteor intensivliyi ilə müşahidə ediləcək.

Astronomlar bildirirlər ki, növbəti 14 ildə Saturnun ən nazik halqaları və Yupiterin dörd böyük peyki də daha aydın görünəcək.

Qeyd edək ki, super Ay tam Ayın Yerə ən yaxın nöqtəsinə düşməsi ilə formalaşır və ildə bir neçə dəfə baş verir.

Jalə Rövşən

TodayPress TV

tag: Ay,Yer,Tam Ay,Astronomiya,Todaypress.tv,